Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Noyabr 2014

İraq ordusu 16 kəndi "İŞİD" terrorçularından azad edib

İraq ordu qüvvələri ölkənin qərbində Rəmadi şəhərinin yaxınlığındakı 16 kəndi "İŞİD" terrorçularından azad ediblər.

İnterAz-ın "PressTV"-yə istinadən məlumatına görə, bu barədə İraqın yüksək rütbəli ordu rəsmilərindən biri məlumatında bildirib. Onun sözlərinə görə, əl-Ənbar əyalətinin qərbində baş verən şiddətli atışmalardan sonra ordu qüvvələri kəndlərə daxil ola bililər və "İŞİD" işğalına son qoyublar. Döyüşlər zamanı onlarla terrorçu məhv edilib və iki İraq əsgəri həlak olub.

Ordu rəsmisi qeyd edib ki, kəndlərin hamısı Hit rayonu yaxınlığında yerləşir.

Bildirək ki, Suriya ilə sərhəddə yerləşən Ənbar əyaləti "İŞİD" terrorçuları tərəfindən zəbt edildikdən sonra onların əsas dayaq nöqtəsi olub.

Xatırladaq ki, bu məlumat "İŞİD" terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadinin yaralanması barədə yayılan xəbərlə eyni vaxta təsadüf edir. Həmin məlumatda İraqın daxili işlər nazirliyi qruplaşma lideri Əbu Bəkr əl-Bağdadi kimi tanınan İbrahim əl-Samirrainin aviazərbələr zamanı yaralanması barədə xəbər verilirdi.
864 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP