Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Noyabr 2014

Yağlı qida sevənlərə xoş xəbər

Yağlı qidaları sevənlər üçün xoş xəbərimiz var. Bu cür qidalar qocalmaq prosesini zəiflədir.

Əsas odur ki, yağlar düzgün seçilsin.

Kopenhagen Universitetinin alimlərinin son araşdırmaları göstərib ki, yağlı qidalar beynin qocalmasının qarşısını alır. Bu, əsasən Alsheymer və Parkinson xəstəliklərində özünü daha çox büruzə verir.

Tədqiqat zamanı məlum olub ki, beyin gəncliyinin dəstəyi üçün şəkərlə yanaşı, ketonlar da lazımdır. Ketonlar isə orqanizmdə yağın emalı nəticəsində yaranır.

Siçanlar üzərində aparılmış tədqiqat təsdiq edib ki, yağlar beyni cavan saxlayır. Müəyyən müddət ərzində Kokkeyn sindromu olan (əsasən yaşlı adamlarda hüceyrələrin bərpa prosesinin pozulması) siçanlara yağlı qidalar veriblər. Yağ eşitmənin itməsi, çəkinin azalması kimi qocalma ilə bağlı prosesləri ləngidib.

Bununla belə, mütəxəssislər qeyd edirlər ki, yağlar da düzgün seçilməlidir. Misal üçün, marqarin hesaba alınmır. Bitki yağları isə düzgün seçimdir. Beynin formada qalması üçün gündə iki qaşıq miqdarında bitki yağı qəbul etmək lazımdır.

Bütün dediyimiz məsələlər F vitamini ilə bağlıdır. Bu vitamin damarlarda xolesterin qalıqları ilə mübarizədə orqanizmə yardımçı olur.
930 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber