Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Noyabr 2014

İŞİD xəbər yaydı- Bağdadi öldü

İŞİD-ə yaxın mənbələr xəlifə Əbu Bəkr Əl Bağdadinin öldüyünü təsdiq edib.

Bu barədə terror təşkilatına aid olan Tvitter hesabında məlumat verilib.

"Əbu Bəkr Əl Bağdadinin öldürülməsi ilə bağlı detalları paylaşacağıq və ən qısa zamanda İslam Dövlətinin yeni xəlifəsinin adını açıqlayacağıq", - İŞİD-ə yaxın Tvitter hesabında qeyd edilib.



Qeyd edək ki, ötən həftənin sonunda ABŞ Hərbi Hava Qüvvələri Mosul yaxınlığında terror təşkilatına aid hərbi koriteji bombalayıb. İŞİD liderlərindən bir neçəsinin öldürüldüyü hücum zamanı xəlifə Bağdadinin də öldüyü, yaxud da yaralandığı bildirilmişdi. Lakin məlumat təsdiq edilməmişdi./publika/
866 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:31