Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Noyabr 2014

Azərbaycanda 98 siyasi məhbus var

Norveç Helsinki Komitəsinin Saxarov Azadlıq Mükafatı noyabrın 13-də Oslonun Bristol Hotelində təqdim olunacaq.

Bu ilki mükafat Azərbaycandakı bütün siyasi məhbuslara verilib. Norveç Helsinki Komitəsi bildirir ki, Avropa Şurası meyarlarına görə, Azərbaycanda 98 siyasi məhbus var.

Komitənin məlumatına görə, bu 98 məhbusun arasında 13 jurnalist, 10 insan haqları müdafiəçisi, 9 gənc fəal, müxalifət lideri və başqa müxalif səslər və dini fəallar var.

Saxarov mükafatı 1980-ci ildə təsis olunub.
829 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber