Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Noyabr 2014

Kissincer: “Qərb Ukrayna məsələsində ölümcül səhvə yol verib”

ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer Qərbin Ukrayna böhranında buraxdığı səhvdən danışıb. Musavat.com-un məlumatına görə, alman jurnalı “Der Spiegel”ə müsahibəsində o deyib: “Krım – xüsusi haldır... Əgər Qərb səmimi olmaq istəyirsə, o zaman etiraf eləməlidir ki, səhvə yol verib, çünki Krımın Rusiyaya birləşdirilməsi dünya ağalığına cəhd deyildi və onu Hitlerin Çexoslovakiyaya müdaxiləsi ilə müqayisə eləmək olmaz”.

Eks-diplomat daha sonra deyib: “Putin Soçi Olimpiadasına onlarla milyard dollar xərclədi. Bununla da Rusiya Qərb və onun mədəniyyəti üçün açıq ölkə, Qərbin bir parçası olduğunu göstərmək istədi. Putinə sərfəli deyildi ki, cəmi bir həftə sonra Krımı zəbt eləsin və Ukrayna ilə müharibəyə başlasın”.

Bəs niyə hər halda, buna getdi? Kisincer özünün qoyduğu ritorik suala belə cavab verib: “Əminəm ki, ABŞ və Avropa Ukraynanın Avropa Birliyi iqtisadi münasibətlərindən start götürən və Kiyevdə nümayişlərə gətirən hadisələrin əhəmiyyətini başa düşməyib. Bu, Moskva ilə dialoqun predmeti olmalı idi. Ukrayna Rusiya üçün həmişə xüsusi önəm daşıyıb. Bunu anlamamaq ölümcül səhv idi”.

Dövlət Departamentini keçmiş rəhbəri Rusiyaya qarşı sanksiya tətbiqini də tənqid edib.
1015 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber