Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Noyabr 2014

İŞİD fərari üzvlərini güllələyir

İraqın Kürdüstan Demokratik Parityasının 14-cü mətbuat bölməsinin sözçüsü Səid Məmuzini təkfirçi terrorçu qruplaşma olan İraq və Şamda İSRAİL Dövləti (İŞİD) terrorçuları arasında daxili böhran vəziyyətinin hökm sürdüyünü bildirərək əlavə edib: Təkfirçilər indiyə qədər döyüş meydanlarından qaçmış özlərinin 210 üzvünü tutaraq güllələmişlər.
Nur-az.com-un FarsNews-a istinadla verdiyi xəbərə görə, o deyib: İŞİD-in vəziyyəti ağır və böhranlıdır. Müharibə meydanlarındakı qüvvələri azalıb. Ona görə də, ev-ev gəzirlər. Hansı evdə iki kişi tapsalar, birini döyüş meydanına göndərirlər.
Kürd Press-ə müsahibə verən S. Məmuzini əlavə edib: İŞİD cəbhəyə getməkdən boyun qaçıran hər bir şəxsi 1.5 milyon dinar (təqribən 180 dollar) cərimə edir.
O deyib: İŞİD-in qüvvə toplamaq üçün ev-ev gəzməsinin səbəbi öz üzvlərinin fərarilik etməsilə bağlıdır. Son zamanlar bu qruplaşmanın 200-dən çox üzvü üzvlükdən imtina etmişdir. Onların bəzisi gizlənmişlər. Gizlənmiş şəxslərin də bəzisi İŞİD tərəfindən tapıldıqdan sonra öldürülmüşlər.
1100 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 17:54