Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Noyabr 2014

Şəmkirdə qadınlar yolu kəsdilər

Şəmkir Rayon Qaracaəmirli kənd sakinləri “Türk obyekti” deyilən ərazidən keçən yolu kəsiblər.

Bu barədə Şəmkir Rayon Qaracaəmirli kənd sakinləri məlumat veriblər.

Kənd sakinləri etiraz edən şəxslərin qadınlardan ibarət olduğunu bildiriblər. Onların sayı təxminən 50-60 nəfərdir. Qadınlar kəndə təbii qazın verilməməsinə etiraz edirlər. Hazırda əraziyə polislər gəlib və onlar kənd sakinləri ilə danışıqlar aparırlar.

Şəmkir Rayon İcra Hakimiyyəti isə Qaracaəmirli kəndində bəzi yeni məhəllələrdə qazın olmadığından xəbərdar olduqlarını bildirib:

“Qaracaəmirli kəndinə qaz çəkilib. Burada qazdan əhali lazımı qədər istifadə edir. Amma orada salınan təzə məhəllələr var ki, bura üçün qaz layihəsi hazırlanmalıdır. Layihə isə nazirlik tərəfindən tərtib edilməlidir. Şəmkir Rayon Qaz İdarəsi layihəni artıq hazırlayıb. Narahatlığa elə bir səbəb yoxdur. Artıq layihənin smetası tutulub və yaxın müddətdə ora qaz çəkiləcək. Bizdə bunun haqqında məlumat var. Kənd sakinləri də müraciət etmişdi və onlara izah edildi ki, artıq layihə hazırlanıb”. /axar/
1071 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
0