Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Noyabr 2014

İraq terrorizm əleyhinə mübarizədə nə qədər polis itirib?

Nur-az.com-un FarsNews-a istinadla verdiyi xəbərə görə, İnterpol konfransında çıxış edən İraqın nazirlər kabinetinin keçmiş başçısı Ədnan əl-Əsədi Səddam rejiminin devrildiyi 2003-cü ildən indiyə qədər 60 min polis işçisinin terrorizmlə mübarizə əməliyyatlarında öldüyü və yaralandığını bildirdi.
İraqın Suməriyə News kanalının məlumatına əsasən, o bildirib: Ölkəmiz terrorçu qruplaşmaların geniş miqyaslı terror hücumları ilə qarşı-qarşıyadır. Lakin İraq polisi qüdrətli şəkildə onlarla mübarizə edir.
Bu əməliyyatlarda indiyə qədər 20 min polis öldürülüb. 40 mindən çox polis isə yaralanıb.
Əl-Əsədi beynəlxalq ictimaiyyəti İraqı himayə etməyə çağırıb. O terrorçuluğun kökünü kəsmək üçün interpolun rolunu mühüm sayıb.
907 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı