Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Noyabr 2014

İraq prezidenti Ayətullah Sistani ilə görüşdü

Nur-az.com-un əl-Aləm-ə istinadla verdiyi xəbərə görə, bu gün səhər İraq prezidenti Fuad Məsum Ayətullah əl-Üzma Seyid Əli Hüseyni Sistani ilə görüşmək üçün İraqın Nəcəf şəhərinə daxil olub.
İraqın Suməriyə News kanalı məlumat verib ki, prezident Ayətullah Sistani ilə İraqdakı proseslər haqqında müzakirə aparıb.
Fuad Məsum Ayətullah Sistani ilə görüşdən sonra Səudiyyə Ərəbistanına yola düşəcək. Səudiyyə Ərəbistanında ölkə rəsmilərilə İraq və regionun siyasi və təhlükəsizlik məsələləri barədə iki tərəfli müzakirələr aparılacaq.
981 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber