Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Noyabr 2014

Qəşrəşdə torpaq üstə qanlı dava

Quba rayonunda bıçaqlanma faktı qeydə alınıb. 1983-cü il təvəllüdlü, Quba rayonunun Qəşrəş kənd sakini Hacıyev Anar Qurbanəli oğlu ağır vəziyyətdə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona boyun nahiyəsindən kəsici alətlə xəsarət yetirildiyi müəyyən olunub. Əməliyyat olunan A. Hacıyevin vəziyyətinin ağır olduğu bildirilir.

Quba rayon Polis Şöbəsindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəsini zərərçəkənin əmisi oğlu, 1983-cü il təvəllüdlü Qəşrəş kənd sakini Hacıyev Amil Güləli oğlu tərəfindən törədildiyi məlum olub. Hadisə tərəflər arasında torpaq üstündə yaranan mübahisə zamanı baş verib.

Hadisəni törətməkdə şübhəli bilinən A. Hacıyev saxlanılıb./apa/
1110 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber