Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Noyabr 2014

“Barselona” Fransa liqasına keçir?

İspaniyanın Kataloniya bölgəsinin sakinlərinin müstəqilliyin lehinə səs verməsi “Barselona” klubunun rəhbərliyini təlaşa salıb.

Klub rəhbərliyi Kataloniyanın İspaniyadan ayrılmasından sonra komandanın gələcəyinin necə olacağı ilə bağlı təlaşa düşüb.

İspanlar Kataloniyanın müstəqilliyinin elan edilməsindən sonra “Barselona”nı öz aralarında görmək istəmirlər. Katalonlar isə “Barselona”nın öz fəaliyyətini İspaniya liqasında davam etdirməsini tələb edirlər.

Bazar günü baş tutan seçkidə “Bavariya Münhen”in baş məşqçisi Peq Qvardiola, “Barselona”nın futbolçuları Xavi Hernandez və Pike Kataloniyanın müstəqilliyinin lehinə səs veriblər.

Köşə yazarları 7,5 milyon əhalisi olan Kataloniyanın İspaniya liqasında yalnız iki klubunun olduğunu və milyardlıq büdcəsi olan “Barselona”nın bu sistemdə ayaqda qala bilməyəcəyini deyiblər. Onlar İspaniyanın “Barselona”nı qəbul etməyəcəyi təqdirdə, Kataloniya təmsilcisinin “Monako” kimi Fransa liqasında çıxış edə biləcəyini qeyd ediblər.

Qeyd edək ki, “Barselona”nın İspaniya liqasından ayrılacağı təqdirdə, dünyanın önəmli derbilərindən “El Klassiko” da tarixin arxa səhifələrinə keçəcək.
1110 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...