Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Noyabr 2014

12 noyabrda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Noyabrın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 8-11, gündüz 14-18 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu, nisbi rütubət gecə və axşam 80-90, gündüz 65-75 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Noyabrın 12-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, Lənkəran-Astara zonasında isə az yağış yağacağı ehtimal olunur. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 5-10, gündüz 13-18, dağlarda gecə 0-5, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.
1074 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi