Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Noyabr 2013

İraqda Aşura günündə daha bir terror aktı: 29 ölü, 60 yaralı

Aşura günündə İraq polisinin gördüyü təhlükəsizlik tədbirlərinə baxmayaraq, terror aktları davam etməkdədir

İraqda məhərrəmlik əzadarlarına hücumlar artıb.

İnterAz-ın “SuməriyyəNews”-a istinadla verdiyi xəbərə görə, İraqın Diyala əyalətində əs-Sədiyyə rayonunda məhərrəmlik əzadarlarına qarşı terror aktı həyata keçirilib. Zərkuş qəsəbəsində əzadarlar bir intiharçı hücum edib. Polis paltarını geyinmiş kamikadze üzərindəki partlayıcını işə salaraq, 29 nəfərin ölümü və daha 60 nəfərin yaralanmasına səbəb olub.

İraqın Diyala əyalətində əzadarlıq mərasimində şəhid olanların xatirəsinə 3 gün matəm elan edilib.

Aşura günündə İraq polisinin gördüyü təhlükəsizlik tədbirlərinə baxmayaraq, teror aktları davam etməkdədir.
2324 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
27.03.17, 10:31
Ac qarına yaşayan əhali
Go to TOP