Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Noyabr 2014

“Ənsaru Beytül-Müqəddəs” İŞİD-ə qoşuldu

Əl-Ərəbiyyə kanalının məlumatına əsasən, Misirdə fəaliyyət göstərən “Ənsaru Beytül-Müqəddəs” qruplaşması təkfirçi terrorçu qruplaşma olan İraq və Şamda İSRAİL Dövlətinə (İŞİD) qoşulduğu və Əbubəkr əl-Bağdadi ilə beyət etdiyini Twitter hesabında audio fayl vasitəsilə açıqlayıb.
Nur-az.com-un İSNA-ya istinadlı məlumatına əsasən, bu xəbər bir çox ifratçı qruplaşmalara məxsus saytlar tərəfindən dəstəklənib.
Misirin Sina əyalətində fəaliyyət göstərən bu qruplaşmanın İŞİD-ə qoşulması haqqında noyabr ayının 3-də də məlumat yayılmışdı. Amma sonradan bu məlumat təkzib edildi. “Ənsaru Beytül-Müqəddəs” bildirmişdi ki, bu bəyanat bizim rəsmi Twitter hesabımızda yayımlanmadığı üçün əsassızdır.
Misirin təhlükəsizlik mənbələri isə bir neçə həftədir məlumat verirlər ki, “Ənsaru Beytül-Müqəddəs” qruplaşması İŞİD-lə əlaqədədir. Bu qruplaşma “İsrailə casusluq etdiyini iddia etdiyi şəxslərin” başını kəsmə görüntülərini yayımlayır. Bu da İŞİD-in İraq və Suriyada etdiyi işlərdəndir.
“Ənsaru Beytül-Müqəddəs” qruplaşması bir neçə ildir ki, dövlət əleyhinə əməliyyatları başlayıb. Əməliyyatlar nəticəsində Sina yarımadasında və yaxın ətrafda yüzlərlə təhlükəsizlik qüvvələri əməkdaşları qətlə yetirilmişdir.
Misir rəsmiləri bildirmişlər ki, ölkənin ordu və polis qüvvələri bu qruplaşmaya etdikləri hücumlar nəticəsində yüzlərlə terrrorçunu öldürmüşlər.
1362 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:36