Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Noyabr 2014

Suriyanın raket zavodlarını İran tikib

İran İslam İnqilabının Keşikçilər Korpusunun (SEPAH) Hərbi Hava Qüvvələri komandanı general Əmir Əli Hacızadə İranın regiondakı müqavimətə dəstək verməsi barədə bildirib: Allaha şükür olsun ki, artıq bu gün bizim vəziyyətimiz yaxşıdır. Hətta vaxtilə Suriya kimi bizə kömək etmiş ölkələr sonradan bizdən raket aldılar. Hazırda Suriyada raket istehsal edən zavodlar İran tərəfindən tikilib. İranın modelləşdirdiyi raketlər orada istehsal edilir.
Nur-az.com-un FarsNews-a istinadlı məlumatına əsasən, Hacızadə İranın raket qüvvələrinin yaradılmasının 30 illiyi ilə əlaqədar hazırlanmış “Siccillərin qiyamı” xüsusi verlişində bildirib: Bir zaman biz işə başlamaq üçün Liviyadan raket alıb, Suriyada təlim keçməyə məcbur idiksə, indi Suriyanın raket sənayesi də İran tərəfindən hazırlanır. Həmin ölkələr özləri bizdən raket alırlar.
Halbuki, İran raket sahəsində Qərbin ən ağır sanksiya və embarqoları ilə üz-üzədir.
O bildirdi: Artıq Suriya və müqavimət cəbhəsi raket hazırlamağı İrandan öyrənib. Livan Hizbullahı və Fələstin müqaviməti raket sənayesində çox qüdrətli olmuşdur. Artıq raketlər hər tərəfdə var. Xüsusi bir yerə aid deyil.
1256 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...