Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Noyabr 2014

Kürdlər Kobaninin cənubunu İŞİD-dən geri aldılar

Sky News portal xəbər verib ki, Kobanidə təkfirçi terrorçu qruplaşma olan İraq və Şamda İSRAİL Dövləti (İŞİD) ilə kürd müdafiəçi qüvvələri arasında davam edən döyüşlərdə kürd qüvvələri üstünlük əldə ediblər.
Nur-az.com-un Mehr News-a istinadlı məlumatına əsasən, ötən gecə kürd xalq qüvvələri və peşmərgə gücləri İŞİD-in toplandığı yerləri raket atəşinə tutmuş və Kobaninin cənubunda bəzi yerləri azad edə bilmişlər.
İŞİD əleyhinə beynəlxalq koalisiya qüvvələri də Kobaninin cənubunda terrorçuların mövqelərinə aviazərbələr endirmişdir.
Bu arada, Kürd Milli Şurasına yaxın mənbələrdən verilən məlumata görə, sözügedən şuranın rəhbərlərindən üç nəfəri Kobaniyə daxil olmuşlar. Onlar buradakı vəziyyətlə tanış olmuş və İŞİD-lə mübarizə aparmaq üçün şəhərə daha çox kürd gəncin göndəriləcəyini bildirmişlər.
1112 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı