Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Noyabr 2014

Bakıda həbsxanada dava: yaralılar var

Bakının məşhur həbsxanasında qan su yerinə axıb

Nizami rayonu ərazisində yerləşən 6 saylı cəzaçəkmə müəssisəsində məhkumlar arasında güclü dava düşüb.

Dava zamanı məhkumlar iki dəstəyə bölünüblər. Bir tərəfdən 12, qarşı tərəfdən isə 5 nəfər bir-birinə girib. Davanı sakitləşdirmək üçün müəssisə əməkdaşları işə qarışıblar. Uzun sürən davanı çətinliklə yatırmaq mümkün olub. Dava zamanı məhkumlarla yanaşı, müəssisə əməkdaşları da xəsarət alıblar.

Nizami Rayon Polis İdarəsindən verilən məlumata görə, davanın səbəbi məlum deyil. Ətraflı məlumatı öyrənməyə çalışırıq./milli.az/
1223 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
26.02.17, 09:38
Vəkil izləndiyini deyir
24.02.17, 22:39
DOĞRU OLMAQ GÜNAHMI?
24.02.17, 20:51
MASALLI ƏHLİNƏ MƏKTUB