Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Noyabr 2014

İŞİD-in Pakistanda aktivliyi artır

Nur-az.com-un ISNA-ya istinadlı məlumatına əsasən, Pakistanın Bəluçistan əyalətinin təhlükəsizlik qüvvələri təkfirçi terrorçu qruplaşma olan İraq və Şamda İSRAİL Dövlətinin (İŞİD) ölkədəki fəaliyyəti və artmaqda olan təhdidi barədə federal dövlətə gizli hesabatla xəbərdarlıq etmişlər.
Pakistanın Davun qəzeti yazır: Bu gizli hesabat oktyabr ayının 31-i göndərilmişdir. İŞİD iddia edir ki, Xeybər Puxtun Xah əyalətinin Henqu məntəqəsindən 10-12 min qüvvəsi var. Habelə onlar Xurrəm köçərilərini də cəlb edə bildiklərini bildirirlər.
Hesabata əsasən, İŞİD Pakistandakı radikal qruplaşmaları öz tabeliyinə girməyə çağırıb. İŞİD strateji proqramlaşdırma üzrə 10 nəfərdən ibarət komitə də yaradıb.
Pakistanda fəaliyyət göstərən Cəhəngvi və sələfi təkfirçi cərəyanlar şiələr əleyhinə fəaliyyət göstərən qruplardandır.
Hesabata görə, İŞİD Pakistanın Şimali Vəziristan əyalətində baş vermiş hadisələrin qisasını almaq üçün Pakistanın hərbi obyektləri və dövlət müəssisələrinə hücum təşkil etmək istəyir. Onlar Pakistan şiələrini də hədəf almaq istəyirlər.
Bəluçistan rəsmiləri Pakistan dövlətindən istənilən hücumun qarşısını almaq üçün təhlükəsizlik tədbirlərinin artırılmasını istəyiblər. Bu xəbərdarlıq Talibanın 6 sərkərdəsinin İŞİD-lə beyət etdiyindən bir müddət sonra elan edilib.
İndiyə qədər İŞİD-in Pakistanda varlığı rəsmi olaraq təsdiq edilməyib.
1106 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:31