Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Noyabr 2014

Gəncədə yol polisi sürücünün iPhone 5-ni sındırdı

Gəncədə yol polisi sürücünün iPhone 5 markalı telefonunu sındırıb. Bizimyol.info xəbər verir ki, moderator.az-a yol polisinin özbaşınalığı barədə daha bir məlumat daxil olub.

Bildirilir ki, bir neçə ay öncə bıçaqlanma olayında adı keçdiyinə görə daxili işlər orqanlarından xaric edilən Asim Əliyev sonradan Samux polisində peyda olub və həmin rayonun yol polisində xidmətə başlayıb.

Amma köhnə məkanını unuda bilməyən Asim Əliyev xidməti Samuxda deyil, Samuxla Gəncənin sərhəddindəki ərazidə aparıb. Çünki onu Samuxda heç kim tanımasa da Gəncədə tanıyan sürücülər saxlayıb “hal-əhval” tuturlar...

Dünən günorta saatlarında isə Asim Əliyevlə bir sürücü arasında insident yaşanıb. Belə ki, onun xidməti ərazisi olmayan yerdə sürücüləri saxladıb sənədlərini yoxladığını görən bir Gəncə sakini Asim Əliyevdən niyə ona aid olmayan yerdə maşınları saxladığını soruşub.

Bu zaman həmin şəxslə yol polisi arasında insident yaşanıb və Asim Əliyev əl ataraq adı və kimliyi bizə bəlli olan Gəncə sakininin iPhone 5 markalı telefonunu yerə salaraq sındırıb.
1089 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 18:33
Heç utan