Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Noyabr 2014

İŞİD-in yeni lideri məlum oldu

İngiltərənin “Teleqraf” (Telegraph) qəzeti İŞİD-in Suriyadakı yeni komandirlərindən birinin mühafizəçisi olmuş terrorçunun iddialarını dərc edib.

Bir müddət İŞİD tərkibində döyüşən, daha sonra təşkilatdan imtina edərək qaçan Əbu Abdullah adlı terrorçu İŞİD-in yeni lideri ilə bağlı məlumat verib. Onun sözlərinə görə, mühafizəçisi olduğu yeni liderin adı Səddam Camaldır.
Terrorçunun sözlərinə görə, Camal keçmiş narkotik satıcısı olub. Daha sonra Azad Suriya Ordusuna (ASO) qatılan terrorçu bir müddət sonra İŞİD sıralarında görünüb. Ən maraqlı məqam isə İŞİD lideri adlandırılan bu şəxsin ailəsinin İŞİD tərəfindən öldürülməsidir: “İŞİD Camalın evini havaya uçurdu, qardaşlarından birini öldürdü. Başqa bir qardaşını də əvvəl əsir alıb, sonra qətlə yetirdi. Bundan sonra Camal yoxa çıxdı. 2013-cü ilin noyabrında peyda olan Camal İŞİD-ə beyət etdiyini açıqladı. Camal terrorçular arasında qəddarlığı ilə məşhurdur. O, valideynlərinin gözü qarşısında uşağın başını kəsib”./axar/
1219 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 18:41