Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Noyabr 2013

Azərbaycanda hərbi xidmət keçməyənlərə qadağa

Azərbaycanda hərbi xidmətə çağırışla bağlı qanunvericiliyə dəyişikliklər hazırlanır.

Müdafiə Nazirliyindən verilən məlumata görə, yeni təkliflər bir sıra maraqlı məqamları özündə cəmləşdirir. Digər hərbi qurumlarla razılaşdırma mərhələsində olan bu təkliflərdən ən maraqlısı isə hərbi xidmət keçməyən şəxslərin bələdiyyə və parlament kimi seçkili orqanlarda təmsil olunmasını qadağan edəcək.
Qanunvericiliyə dəyişikliklər hərbi xidməti ölkədə populyarlaşdırmaqdır. Başqa bir dəyişiklik isə hərbi məktəblərə qəbulla bağlı olacaq. Bu dəyişiklik barədə əlavə məlumat verilməyib. Seçkili orqan olan Milli Məclisin bu təkliflərə necə yanaşacağı hələki sual altındadır./Aznews/
2164 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber