Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Noyabr 2014

İŞİD qızıl sikkə yayacaq?

İngiltərənin Daily Mail qəzeti yazıb: İŞİD terror qruplaşması öz adından qızıl sikkə vurmaq və işğal etdiyi məntəqələrdə əhali arasında yayımlamaq istəyir.
Nur-az.com-un əl-Aləm-ə istinadla verdiyi xəbərə görə, qəzet yazıb: İslamın ilk əsrlərində dinar və dirhəmdən istifadə adi hal idi. İndi də İŞİD dinar və dirhəmlərin öz işğalı altında olan ərazilərdə yayımlanmasını istəyir.
Qədim vaxtlarda dinar qızıldan, dirhəm isə gümüşdən hazırlanırdı. Hazırda da dinar və dirhəmlər bir çox ölkələrdə istifadə edilir. Lakin müxtəlif maddələrdən hazırlanırlar. Lakin İŞİD dinar və dirhəmi xalis qızıl və gümüşdən hazırlamaq istəyir.
Qəzetin yazdığına əsasən, ilk dəfə qızıl dinar və gümüş dirhəm 634-cü ildə (h.q. 22) Osman bin Əffanın xilafəti dövründə vuruldu. Qızıldan hazırlanmış dinar 4/3 qram, dirhəm isə təqribən 3 qram idi.
1273 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...