Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Noyabr 2014

Ronaldo Messini söyürmüş

İspaniya mətbuatında Leonel Messi və Kriştiano Ronaldo rəqabəti ilə bağlı yeni bir iddia ortaya atılıb.

Jurnalist Quillem Balaque nəşr etdirdiyi yeni "Messi" adlı kitabında portuqaliyalı ulduz Ronaldonun əzəli rəqibinin adını heç vaxt səsləndirmədiyini qeyd edib.

İspan jurnalistin iddiasına görə, Ronaldo "Barselona"da forma geyən Messini fahişə balası adlandırıb: "Ronaldo nə zaman Messi bəhsi keçsə fahişə balası ifadəsindən istifadə edirdi", - deyə kitabda yazılıb.

Qeyd edək ki, jurnalistin "Messi" adlı yeni işıq üzü görmüş kitabında yazılanlar futbol mətbuatının böyük marağına səbəb olub.
1101 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:15