Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Noyabr 2014

Qubada torpaq üstündə baş kəsildi

Qubada iki əmioğlu arasında qan düşüb. Rayonun Qəçreş kəndində Amid Hacıyevlə Anar Hacıyev arasında mübahisə baş verib. Mübahisə zamanı Amid əmioğlusunu boynundan bıçaqlayıb.

Mübahisəyə torpaq bölgüsü səbəb olub.

Belə ki, Hacıyevlər ailəsinin Qəçreş kəndində bir neçə hektar baba torpaqları olub. Onların babaları 2003-də ölən zaman pay torpağını 3 övladı arasında bölüb. Lakin bölgüdən iki qardaşın övladları narazılıq edib. Nəticədə qanlı hadisə baş verib.

Boynu kəsilən Anar Hacıyev xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Əmioğlusunu qanına qəltan edən Amid Hacıyev isə saxlanılıb. O, tutduğu əməldən peşman olduğunu deyir.

“Torpaq mənim idi. Mübahisə yarandı. Əsəbləşdim və vurdum. Çox peşmanam. İndi həmin torpağı da istəmirəm”./ans/
1414 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP