Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Noyabr 2014

İmam Rizanın (ə) hərəmində iki qadın İslamı qəbul etdi

Nur-az.com-un IRNA-ya istinadlı məlumatına əsasən, Müqəddəs Məşhəd şəhərində İmam Rizanın (ə) hərəminin xarici ziyarətçilərin işləri üzrə idarənin müdiri höccətül-islam Əli Baqiri İsveç və Almaniyadan olan iki xristian qadının şəhadət kəlməsini deyərək müqəddəs İslam dinini qəbul etdikləri barədə məlumat verib.
İsveçdən olan 19 yaşlı Mariya Viktoriya Conson şəhadət kəlməsi deyərək İslamı qəbul etdi. O burada iranlı bir cavanla kəbinini kəsdirdib ailə qurdu. Mehriyyə olaraq isə, həcc ziyarəti istədi. İslamı qəbul etdikdən sonra isə, öz adını dəyişib Fatimə qoydu. O öz dinini dəyişməyə səbəb kimi iranlı bir ailə ilə tanışlıq və İslam dininin başqa dinlərlə müqayisədə daha kamil din olmasını göstərib.
Ə. Baqiri bildirib: Almaniyadan olan 21 yaşlı Karolina Velsel də şəhadət kəlmələrini deyərək İslam dinini və şiə məzhəbini qəbul edib. O İslam dinini seçməsinə səbəb olaraq Quran və İslam dini haqqında kitabları oxumağı və İslam dinini əbədi səadət və asayiş əldə etmək üçün ən kamil yol olaraq gördüyünü bildirib. Bu qadın da özünə Fatimə adını seçib. Velsel xanım da Almaniyada yaşayan bir müsəlmanla tanış olduqdan sonra İslam dinini ilə daha yaxından maraqlandığını bildirmişdir. O da bir müsəlman cavanla ailə qurdu.
1080 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11