Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Noyabr 2013

“İran uranın 20% həddində zənginləşdirilməsini davam etdirir”

Yukiya Amano: “İran uranın 20% həddində zənginləşdirilməsini davam etdirir”

“İran uranın 20% həddində zənginləşdirilməsini davam etdirir”. APA-nın İran mətbuatına istinadən məlumatına görə, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) icraçı direktoru Yukiya Amano bildirib.

Onun sözlərinə görə, son üç ayda İranın nüvə fəaliyyətlərində mühüm dəyişiklik baş verməyib.

Y.Amano İranla keçirdikləri görüşləri də son dərəcə mühüm olaraq xarakterizə edib: “Biz İranın nüvə fəaliyyətləri ilə bağlı problemlərin həll ediləcəyinə ümid edirik”.

AEBA-nın icraçı direktoru İrana həyata keçirdiyi səfər və əldə olunmuş razılaşmanı tərəflər arasında yeni bir əməkdaşlıq səhifəsinin başlanğıcı adlandırıb: “İranla agentlik arasında razılaşmanın əldə olunması çox mühüm inkişafdır. İranla əldə olunmuş razılaşma konstruktiv və müsbətdir. Bununla da İranla yeni bir əməkdaşlıq dövrü başlayacaq”.

Y.Amano deyib ki, İranın nüvə proqramı kompleks olduğundan mübahisəli mövzular bir gecədə həll edilə bilməz: “Ona görə də “addım-addım” proqramını əsas olaraq qəbul etdik. Yəni qalan mübahisəli mövzular “addım-addım” aradan qaldırılacaq”.
2158 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 09:25