Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Noyabr 2014

Hizbullah İsraillə növbəti müharibədə nə edəcək?

Sionist rejim olan İsrailin hərbi ekspertləri bildiriblər ki, Hizbullahla baş verəcək istənilən müharibədə, müharibənin ilk saatlarında İsrailin aeroportları, limanları və həyati mərkəzləri iflic olacaq.
Nur-az.com-un əl-Aləm-ə istinadla verdiyi xəbərə əsasən, sionist rejim olan İsrailin 10-cu kanalı bildirib: Hizbullah növbəti müharibənin ilk anlarında Ben Gorian aeroportunu və Hayfa limanını tətil etməyə məcbur edəcək.
10-cu kanalın hərbi jurnalisti Or Hiler deyib: Ümid edirik ki, bu müharibə heç vaxt baş verməyəcək. Lakin ordunun yüksək rütbəli zabitlərindən biri (İsrailin) Livanla 3-cü müharibə barədə deyib: Hizbullahın raket atmaq sahəsindəki müvəffəqiyyətlərinə əsasən, Ben Gorian aeroportunu iki gün ərzində tətil edə biləcəyi proqnoz edilir. Növbəti müharibədə Hizbullah ilk addımda bu aeroportun və Hayfa limanının işini iflic etmək üçün çalışacaq.
O əlavə etdi: Hizbullahın ixtiyarında olan raketlərin gücünə görə, Ben Gorian aeroportunu iflic etməkdə Həmasdan daha da müvəffəq olacağı nəzərə çarpır.
Hiler Livan və İsrail arasında yeraltı tunelin olması barədə iddialara işarə edərək dedi: Bu yüksək rütbəli məmur dedi: 1982-ci ildə, 1-ci Livan müharibəsində Fəth əleyhinə müharibə apardığımız zaman Livanda Fəthə məxsus tunellər var idi. Buna görə Livanda tunel macəralarının 30 illik tarixə malik olduğunu deyə bilərik. Buna əsasən, Hizbullahın da Livandan İsrail ərazisinə tunellər çəkdiyini ehtimal etmək olar.
Hiler bu yüksək rütbəli zabitin adını çəkmədən ona istinadla dedi: Hizbullah, Suriya və İrandan ibarət şiə hilalı İsrail üçün ekstrimst sünni qruplaşmalarından, o cümlədən İŞİD dəlilərindən daha çox təhlükəlidir.
1071 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber