Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Noyabr 2014

Rusiyada Azərbaycan vətəndaşı faciəvi şəkildə öldü

Rusiyada Azərbaycan vətəndaşı söndürülməmiş siqaretin qurbanı olub. Rusiya mətbuatının verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında Naberejni Çelnı şəhərində baş verib.

Yanğınsöndürənlər yanğın baş vermiş mənzilə daxil olarkən otaqların birində 1956-cı il təvəllüdlü şəxsi huşsuz vəziyyətə aşkarlayıblar. Həmin şəxs xəstəxanaya aparılarkən yolda keçinib.

Həkimlər azərbaycanlının dəm qazından boğulduğunu deyiblər.

Hüquq-mühafizə orqanlarından isə bildiriblər ki, həmin şəxs Naberejni Çelnıda fəhlə işləyirmiş və onun yaşadığı mənzildə yanğınlar tez-tez baş verirmiş.

Yanğına səbəb söndürülməmiş siqaretin olduğu bildirilir./apa/
1101 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...