Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Noyabr 2014

İstanbulda ABŞ əsgərlərinin başına çuval keçirdilər

Türkiyə Gənclik Birliyinin üzvləri Qara dənizdə manevrdən geri dönən və İstanbulda lövbər salan “USS ROS” adlı ABŞ döyüş gəmisinin əsgərlərinin başına çuval keçirib.

Səhər saatlarında baş verən hadisə zamanı 3 amerika əsgərinin başına çuvalı keçirdikdən sonra "Məhv olsun, Amerika imperializmi" şüarı səsləndirilib və əsgərlərin üzərinə qırmızı boya tökülüb.

Gənclik Birliyinin üzvləri əsgərlərə üz tutaraq etdikləri açıqlamada "ABŞ ordusunun üzvü olduğunuzu az əvvəl bəyan etdiniz. Sizləri qatil olaraq tanıyırıq. Torpaqlarımızdan rədd olub getməyinizi istəyirik və indi sizə qarşı etirazımızı bildiririk" sözlərini deyiblər.

Bundan sonra isə Amerika əsgərləri onlara "OK, gedirik" cavabını veriblər./aznyus/
1161 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi