Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Noyabr 2014

“Biz öz mübarizəmizi davam etdirəcəyik”

Nərimanov Rayon Məhkəməsinin 4 iyun qərarı ilə 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilən hicab məhbusu, AİP Binəqədi komitə sədrinin təşkilati işlər üzrə müavini Aydın Məmmədov bu ayın 6-da azadlığa qovuşdu.

Xatırladaq ki, 2012-ci il oktyabrın 5-i Bakıda, Təhsil Nazirliyinin binası qarşısında keçirilmiş “Hicaba azadlıq” aksiyasında həbs edilmişdi.

İslaminsesi.org-un müxbiri, keçmiş məhbus Aydın Məmmədovla görüşüb və ondan müsahibə götürüb. Keçmis hicab məhbusu ilə müsahibəni oxucularımıza təqdim edirik.

-Həmişə azadlıqda. Səhhətiniz necədir, həbsxana divarları arasında keçən illər sizdən nələr aldı, nələr verdi?

-Əlhəmdulillah, səhhətim qaydasındadır. Amma gözlərim bir qədər zəifləyib. Bildiyiniz kimi, eyni mənzərələr, yaşıllığın, təbiətdəki rənglərin kasadlığı görmə qabiliyyətinə mənfi təsir edir.

Məndən aldıqlarına gəlincə, hamıya məlumdur ki, həbsxana mühiti insanı normal həyatdan, ailədən tədric edir. Bizdən daha çox ailə üzvlərimiz, yaxınlarımız bu əziyyətləri hiss edər. Əzizlərimin dəfnində, toy günlərində iştirak edə bilməməyim də mənim üçün ən böyük itkilər srasındadır. Amma sizin dediyiniz kimi məhbəs insandan təkcə nələrisə almır, həm də verir. Bu sınaq mənim mənəvi-ruhi düşüncələrimi kamilləşdirdi. İnsan cəmiyyətdən təcrid olanda Allahla daha çox yaxınlıq tapır. Keçmiş, gələcək həyatına baxışların dəyişir.

-Hicab qadağasına qarşı təşkil olunan aksiyaya qatılarkən, insan hüquqlarına aid adi bir etiraza görə həbs olunacağınızı gözləyirdiniz?

-Tək mən yox, mənimlə bərabər iştirak edənlərin hamısı həbs oluna biləcəyini gözləyirdi. Bundan əvvəl, aprel ayında da etiraz aksiyası olmuşdu. Biz onun nəticələrini görmüşdük.Ən azından polisin kobud rəftarını yaxşı bilirdik. Təkcə nə qədər müddətə həbs olunacagımızı bilmirdik.

Bizi 233-cü maddə ilə ittiham edirdilər, inzibati, şərti cəza qərarı da çıxara bilərdilər. Lakin bizə həmin maddənin ən ağır bəndini tətbiq etdilər. Üstəlik fanatizm ittihamı da verdilər. Fanatizm öz baxışlarını başqasına məcburi tətbiq etməkdir. Lakin biz dini etiqadlı insanların hüquqlarının müdafiəsinə qalxmışdıq.

-Böyük sınaq sayılan məhbusluq həyatı sizin üçün geridə qaldı, gələcəklə bağlı nə düşünürsünüz?

-Məhkumluq həyatının geridə qalmasına baxmayaraq, uğrunda mübarizə apardığımız məsələlər hələ öz həllini tapmayıb. Hələ də onlarla əqidə dostumuz , ruhanilərimiz həbsdədir. Biz AİP sədri Hacı Mövsüm Səmədov və başqa dindar məhbuslara qarşı təzyiqlərin daha da gücləndiyini görürük. Hicab problemi də tam həllini tapmayıb. Bu qadağa əslində qanunların pozulması deməkdir.

Hicab qadağası haqda sabiq təhsil nazirinin şəxsi qərarı konstitusiyanın 24-cü maddəsinə ziddir. Düzdür o, vəzifəsi ilə vidalaşıb. Amma yeni nazir də bu qanunsuz qərarı ləğv etməyib. Bunun hüquqi bazada həll olunması lazımdır. Buna görə də biz hüquqi müstəvidə mübarizəmizi haqq işimiz nəticə verənə qədər davam etdirəcəyik.
1051 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 18:22