Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Noyabr 2014

İslam Partiyasında 16 noyabr mitinqinə hazırlıq tədbirləri sürətləndirilir

Bakı Şəhər İcra Hakimiyyəti hələ susur

AİP siyasi şöbəsinin rəhbəri, mitinqin təşkilat komitəsinin üzvü A.Heydərlinin İslaminsesi.org saytına verdiyi məlumata görə, bu gün təşəbbüs qrupu və təşkilat komitəsi üzvlərinin toplantısı keçirilib. Toplantıda qurumun 16 noyabr 2014-cü il tarixinə təyin etdiyi kütləvi etiraz aksiyasına hazırlıq tədbirlərinin gedişi müzakirə olunub. Partiyanın rayon təşkilatlarına mitinqdə kütləviliyi təmin etmək üçün bütün qüvvələrin səfərbər olunması barədə, xüsusi taktiki məsələlər istiqamətində tapşırıqlar müəyyənləşdirilib.

Təşkilat komitrəsinin üzvləri Dağlıq Qarabağ, siyasi məhbusların azadlığı kimi qlobal problemlərin həll olunması istiqamətində hakimiyyətin qarşısında duran vəzifələrin həyata keçirilməsi tələbləri ilə keçiriləcək aksiyaya bütün inanclı insanları dəvət edərək, haqları pozulmuş Azərbaycan vətəndaşlarının, xüsusilə də ölkə daxilində siyasi əqidəsinə görə təqib və həbs olunan din xadimi və alimlərin hüquqlarının müdafiə olunmasında fəal iştiraka səsləyir. Qeyd olub ki, mitinq Azərbaycan qanunlarına tam uyğun keçiriləcək, əsayişin qorunmasına diqqət yetiriləcək və qanunazidd heç bir addım atılmayacaqdır.
1184 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı