Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Noyabr 2014

FİFA səhvə yol verdi

FİFA-nın rəsmi saytı səhvə yol verib.

Ali futbol qurumunun yazarları Türkiyə və Braziliya milli komandaları arasında keçirilən yoldaşlıq görüşü barədə xəbərdə yalnışlıq ediblər.

Belə ki, “sambaçılar”ın İstanbulda 0:4 hesabı ilə qalib gəldikləri matçda “ay-ulduzlular”ın qapıçısı Volkan Dəmirəlin adını ölkənin IX prezidenti Süleyman Dəmirəllə səhv salıblar.

Bundan başqa, oyunun 24-cü dəqiqəsində avtoqola imza atan Semih Kayanın ismi, “Qalatasaray”ın sabiq futbolçusu (1992-2003) Suat Kaya kimi göstərilib.

Daha sonra FİFA-nın rəsmi saytı səhvini başa düşərək, xəbərdə düzəlişlər edib.
1273 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 09:39
Parisdə