Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Noyabr 2014

İraq ordusu strateji məntəqələrdən birini İŞİD-dən geri alıb

İraq ordusu İŞİD terrorçu qruplaşmasına qarşı döyüşlərdə üstünlük əldə edib.

Ordu qüvvələri Bayci şəhərində silahlılara qarşı gün ərzində intensiv döyüşlər aparıb. Əməliyyatlar nəticəsində şəhərdə strateji obyektlərdən hesab olunan neftayırma zavoduna nəzarət bərpa olunub. İndiyə qədər İraq ordusu Bayci şəhərini geri qaytarmaq üçün dəfələrlə cəhdlər göstərmişdi. İraqın müdafiə nazirliyi sonuncu cəhdlərin uğurlu olduğunu məruz edib.

Rəsmi Bağdad döyüşlərə könüllü qatılmaq isətəyən həmvətənlərin silahlandırılacağına söz verib.

“Tayfaların silahlandırılması prosesi bu gündən başlayıb. Biz könüllülərin siyahılarını qəbul etməyə və onların mövqelərini lazımi təchizatlarla təmin etməyə, həmçinin, nəqliyyat dəstəyi göstərməyə hazırıq” - deyə İraq parlamentinin spikeri Salim əl-Ciburi qeyd edib.

İŞİD-ə qarşı mübarizədə Suriyada da müəyyən irəliləyiş olub. Belə ki, Kobani şəhərində kürd döyüşçülər İŞİD-in silah arteriyası hesab olunan əsas magistrallardan birində partlayışlar törədərək yolu dağıdıblar.
1324 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
26.05.17, 11:41
YENƏ İNTİHAR
25.05.17, 14:49
KARİKATURA
24.05.17, 10:09
Çaya HİL əlavə edin
24.05.17, 09:52
KARİKATURA
24.05.17, 09:48
YENƏ İNTİHAR
23.05.17, 15:58
Astara sakini intihar edib
Go to TOP