Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Noyabr 2014

Murad Ədilovun həbsdən buraxılması müzakirə olunacaq

Bu gün Bakı Apelyasiya Məhkəməsində narkotiklə şərlənərək həbs olunmuş AXCP fəalı Murad Ədilovun şikayəti üzrə məhkəmə iclası keçiriləcək. Apelyasiya şikayətinə saat 11.00-da hakim Rizvan Səfərovun sedrlik etdiyi hakimlər heyəti baxacaq.

Qeyd edək ki, apelyasiya şikayəti Nərimanov rayon Məhkəməsinin 6 noyabr 2014-cü il tarixli qərarından verilib. Həmin qərarla Murad Güləhməd oğlu Ədilovun həbsdə saxlanma müddəti daha iki ay - 11 yanvar 2015-ci ilə qədər uzadılıb. Apelyasiya şikayətində sözügedən qərarın ləğvi və Murad Ədilovun azadlığa buraxılması xahiş olunub.

Xatırladaq ki, Murad Ədilov özü AXCP fəalı olmaqla yanaşı, həm də partiyanın mətbuat xidmətinin rəhbəri, “Azadlıq” qəzetinin və “Azərbaycan saatı” proqramının əməkdaşı Natiq Ədilovun qardaşıdır. Elə saxlanılan gün də Sabirabad Rayon Polis Şöbəsində Murada bildirilib ki, həbsi qardaşının jurnalist fəaliyyəti, hökumət əleyhinə tənqidi yazıları ilə bağlıdır./azadlıq/
1028 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 16:51