Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Noyabr 2014

Sumqayıtda müəllimlərin maaşlarını kəsiblər

Səbəb ikimi Maliyyə Nazirliyinin şəhər Təhsil Şöbəsində apardığı yoxlamalar zamanı büdcədən sərf edilən vəsaitin normadan artıq olması göstərilir

Sumqayıtda fəaliyyət göstərən orta məktəblərdə dərs deyən müəllimlərin bir qisminin əmək haqqıları gözlənilmədən azaldılıb. Bu barədə 11 saylı orta məktəbin müəllimi Səidə Quliyeva məlumat verib.

Xanım Quliyeva rekdasiyamıza məktəbin müəllimləri adından göndərdiyi şikayətində bildirir ki, onların dərs dediyi tədris ocağı Sumqayıtda inklyuziv layihə tətbiq edilən yeganə məktəbdir. «Layihəyə cəlb olunan müəllimlərin aylıq vəzifə maaşları 200 manat təşkil etsə də, naməlum səbəblərə görə aylıq əmək haqqılar birdən-birə 50 manat aşağı salınaraq, 150 manata endirilib».

11 saylı orta məktəbin müəllimi vurğulayır ki, bunun səbəbini öyrənməyə çalışsalar da, konkret izahat verən olmayıb. «Gəzən söhbətlərə görə, buna səbəb Maliyyə Nazirliyinin Sumqayıt Şəhər Təhsil Şöbəsində apardığı yoxlamalar zamanı büdcədən sərf edilən vəsaitin normadan artıq olmasıdır. Bizə bildiriblər ki, yeni ildən etibarən kəsilən maaşlar bərpa olunacaq»./jam.az/
970 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 16:11