Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Noyabr 2014

Bakı metrosunda problem: sərnişinlər qatardan çıxarıldı

Bu gün səhər saatlarında Bakı metrosunun fəaliyyətində problem yaranıb.

Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib. Onun sözlərinə görə, saat 09.38-də “Həzi Aslanov” stansiyasından gələn 4 saylı marşrutda nasazlıq olub: “”Koroğlu” stansiyasında sərnişinlər boşaldılıb, qatar depoya göndərilib. Həmin vaxt qatarda 4 dəqiqə gecikmə olub və digər qatarlarda da müəyyən ləngimələr qeydə alınıb. Nasaz qatarın yerinə xəttə başqa qatar buraxılıb”.

N.Paşayev onu da əlavə edib ki, hazırda qatarların hərəkətində problem yoxdur, qatarlarası interval normaldır./azvision/
948 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.16, 10:47