Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Noyabr 2014

Türkiyədə ABŞ əsgərlərinin başına torba keçirildi: səfirlik əsəbiləşdi – (Fotolar)

Türkiyədə gənclər ABŞ əsgərlərinin başına torba keçiriblər.

Türkiyə mətbuatı xəbər verir ki, hadisə dünən İstanbulda baş verib. Türkiyə Gənclər Birliyinin üzvləri Qaradənizdə təlimlərdən qayıdan ABŞ-ın USS ROSS (DDG71) adlı döyüş gəmisinin əsgərlərinin başına torba keçiriblər.

Gənclər ABŞ əsgərlərinə “sizləri qatil olaraq tanıyırıq. Torpaqlarımızdan rədd olun”,- deyə qışqırıblar.

ABŞ əsgərləri isə “ok” deyə cavab veriblər.

Türkiyə polisi bu aksiyada iştirak edən 12 gənci saxlayıb.

ABŞ səfirliyi əsgərlərinə qarşı edilən bu hərəkətə əsəbiləşib. Səfirlikdən verilən açıqlamada deyilir: “Gənclərin etiraz haqlarını anlayışla qarşılayırıq. Amma onların bu addımını pisləyirik. Türkiyə xalqının da gənclərin bu hərəkətinə etirazda bizi dəstəkləyəcəyinə inanırıq”.

Bununla da gənclər 2003-cü ildə İraqda ABŞ əsəgərlərinin 11 türk əsgərinin başına torba keçirərək saxlamasına cavab verməyə çalışıblar.

1081 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
<