Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Noyabr 2014

Yəməndə “əl-Qaidə”nin husilərə hücumu nəticəsində 30-dan çox insan ölüb

Yəməndə "əl-Qaidə" terror təşkilatının ölkənin mərkəzində yerləşən əl-Bəyda əyaləti ərazisində husilərə hücumu nəticəsində 15 inqilabçı ölüb.

"Al Jazeera"nin verdiyi xəbərə görə, təşkilat əyalətin ər-Rəda şəhəri ərazisində də husilərin mövqeyində içərisində mina yerləşdirilmiş avtomaşını partladıb. Burada onlarla husi ölüb və yaralanıb.

Ötən gün ABŞ-a məxsus pilotsuz təyyarələr əl-Bəydada "əl-Qaidə" silahlılarının mövqelərinə zərbələr endirib.

Bildirək ki, Yəmənin mərkəzində yerləşən əl-Bəyda əyalətində husilərlə "əl-Qaidə" və ona tabe qəbilələrin qarşıdurması iki həftədir, davam edir./SalamNews/
935 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 10:35