Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Noyabr 2014

“Ən-Nusra”ya daha bir zərbə - 22 ölü

Suriya ordusu Livan sərhədində “ən-Nusra”ya daha bir zərbə vurub, 22 ölü var

Suriya ordusu ölkənin Livanla sərhədində yerləşən əl-Qələmun yüksəkliklərində “ən-Nusra Cəbhəsi” terror təşkilatının silahlı qrupunu hədəfə alıb.

"Al Mayadin"in verdiyi xəbərə görə, qrupdakı təxminən 50 silahlıdan 22-23 nəfəri öldürülüb. Onlar arasında terror təşkilatının yeddi komandiri də var.

Əl-Falita bölgəsində silahlıların hədəfə alınması zamanı xeyli sayda ekstremist məhv edilib.

Bildirək ki, Suriya ordusu ötən gün Həma əyaləti ərazisində sözügedən terror təşkilatının bir dəstəsini pusquya salıb./SalamNews/
1007 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber