Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Noyabr 2014

Bin Ladenin qatili: "O, arvadının arxasında gizlənmişdi"

"Əl-Qaidə" terror təşkilatının lideri, vaxtı ilə dünyanın ən çox axtarılan terorçusu Üsəma Bin Ladeni məhv edən keçmiş Amerika xüsusi təyinatlısı Robert O`Nil terroçunun məhv edilməsi ilə bağlı maraqlı fikirlər səsləndirib. ABŞ-ın "Fox News" telekanalına müsahibəsi zamanı O`Nil Bin Ladeni öldürməzdən öncə onun öz həyat yoldaşının arxasında gizləndiyini bildirib: "O, mənim qarşımda dayanmışdı və əllərini xanımının çiyinlərində saxlayırdı. Həmin sifəti mən televizorda min dəfə görmüşdüm".

Keçmiş xüsusi təyinatlı Bin Ladenin sifətinə 3 dəfə atəş açdığını və atəş açmazdan öncə ona heç nə demədiyini bildirib.

Bin Laden 2011-ci ilin mayında Pakistanın Abbasabad şəhərində keçirilən gizli əməliyyat zamanı məhv edilib. Onun cəsədi dənizə atılıb. Terrorçunu məhv edən Robert O`Nil ABŞ Hərbi Dəniz Qüvvələrinin "dəniz pişikləri" adlanan xüsusi əməliyyat qrupunun üzvü olub. 16 illik xidmətdən sonra vaxtından əvvəl ordudan təxris edildiyi və sosial imtiyazlardan məhrum olduğu üçün Robert O`Nil öz şəxsiyyətini açıqlamaq qərarına gəlib.
1112 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:22