Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Noyabr 2014

Medvedyev: "Sanksiyalar dünya iqtisadiyyatını çökdürür"

Rusiya hökumət başçısı Dmitriy Medvedyev hesab edir ki, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar bütün iqtisadi sistemə mənfi təsir edir.

"Rusiyaya qarşı iqtisadi sanksiyalar və beynəlxalq kredit resurslara çıxışa süni maneələr və məhdudiyyətlər bütün maliyyə-iqtisadiyyat sisteminə əlavə təzyiq göstərir. Bunun nəticəsində yaranan nəticələr və mənfi effektləri isə əvvəlcədən müəyyənləşdirmək qeyri-mümkündür", - deyə Medvedyev Şərqi-Asiya sammitində çıxışı zamanı bildirib.

Medvedyev hesab edir ki, hazırda dünya iqtisadiyyatında vəziyyət olduqca zərifdir. O, Asiya-Sakit okean regionu iqtisadi təcrübəsinin öyrənilməsinin vacibliyini vurğulayıb.
911 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 12:09