Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Noyabr 2014

Quş vurdular 7 min ödədilər

Ekologiya və Təbii Sərvətlər (ETSN) və Daxili İşlər Nazirliklərinin aidiyyəti qurumlarının əməkdaşları ovlanmış çöl quşlarının və heyvanların qeyri-qanuni satışının qarşısının alınması məqsədilə ölkə ərazisində növbəti reydlər keçirib.

Reyd zamanı Qusar rayonunun Nəcəfkənd kənd sakini Edik Ağaverdiyev, İmişli rayon Qaradonlu kənd sakini Mirzəli Rəhimov, Şamaxı rayon Karxan kənd sakinləri Nizami İsayev və Orxan İsayev, Masallı rayon sakinləri Ramil Mirzəyev, Kamil Məmmədov və Pərviz Əsgərov saxlanılaraq üzərlərindəki ov tüfəngləri, patronlar götürülüb, 1000 manat məbləğində cərimə olunublar.

Bundan başqa, Qəbələ rayonunun Əmirvan kəndi ərazisində 1 nəfər, Hirkan Milli Parkının ərazisində 1 nəfər saxlanılıb. Üzərlərindəki ov vasitələri müsadirə edilib və şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün aidiyyəti Rayon Polis Şöbələrinə müraciət edilib.

Eyni zamanda, keçirimiş reydlər zamanı ov quşlarının satışının təşkil edildiyi də aşkarlanıb. Belə ki, Hacıqabul rayonu Padarçöl ərazisində Padar kənd sakini Ələddin Ağayev adı “Azərbaycan Respublikasının Qırmızı Kitab”ına düşmüş 2 bəzək quşunu satarkən saxlanılıb və barəsində qanunamüvafiq qaydada akt və protokol tərtib olunub. Faktla bağlı qanun pozucusuna 910 manat məbləğində cərimə və ziyan tətbiq edilib.

ETSN Mətbuat Xidmətinin məlumatına görə, respublika ərazisində qanunsuz ov hallarının qarşısını almaq məqsədilə reydlər davam etdirilir./ans/
903 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber