Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Noyabr 2014

“Rusiya təmas xəttində baş verən hadisədən ciddi narahatlıq keçirir"

"Rusiya Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində dünən baş verən hadisədən ciddi narahatlıq keçirir".

Bunu Rusiya xarici işlər nazirinin xüsusi nümayəndəsi Aleksandr Lukaşeviç bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, rəsmi Moskvanın mövqeyi ATƏT-in Minsk Qrupunun 12 noyabr tarixli bəyanatında öz əksini tapıb: "Biz tərəfləri mövcud vəziyyətin gərginləşdirməyə yönələn addımlardan çəkinməyə çağırırıq. Azərbaycan və Ermənistan rəhbərliyini Soçi, Nyu-Port və Parisdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair görüşlərdə verilən bəyanatlara əməl etməyə çağırırıq. Münaqişənin sülh yolu ilə tənzimlənməsinə dair tərəflərin öz üzərinə götürdükləri məsuliyyəti xatırlatmaq istəyirik"./apa/
983 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
3