Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Noyabr 2014

Əli İnsanovun qarşısına əfv şərti qoyuldu

Keçmiş nazirin azadlığa çıxacağı məlumatlarına aydınlıq gətirilib

Ötən gün Azərbaycanın bəzi kütləvi informasiya vasitələrində keçmiş səhiyyə naziri Əli İnsanovun azadlığa buraxılacağı və bununla bağlı İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunda müzakirələrin olduğu barədə yayılan məlumatlara aydınlıq gətirilib.

İşçi Qrupunun üzvü Sahib Məmmədov trend-ə deyib ki, Əli İnsanovun azadlığa buraxılacağı ilə bağlı yayılan məlumatlar əsassızdır: «İşçi Qrupunda hamının məsələsi müzakirə oluna bilər, amma bununla bağlı tövsiyə verilib-verilməməsi məsələsi var. Əli İnsanov barəsində heç bir qərar qəbul etmək mümkün deyil. O, nə vaxtından əvvəl şərti azad olunmaq üçün məhkəməyə şikayət verir, nə də əfv üçün müraciət edir. Bu hüquqi prosedurlardan ən azı biri olmalıdır ki, Əli İnsanovun məsələsinə baxılsın. Olmadığı halda, onunla bağlı hökumət nə qərar qəbul edə bilər ki?”/azadlıq/
829 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 18:17
“Qul