Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Noyabr 2014

Məkkə təhlükədədir - FOTOLAR

İngiltərənin İndependent qəzetinin yazarı Endryu Conson “Məkkə təhlükədədir; Peyğəmbərin (s) doğum yerini sökmək, yerində saray və ticarət mərkəzi tikmək planı” başlıqlı yazı yazıb.
Nur-az.com-un əl-Aləm-ə istinadla verdiyi xəbərə əsasən, Conson yazıb: İslam peyğəmbəri Həzrət Məhəmmədin (s) doğulduğu yer kimi tanınan məntəqə tam olaraq böyük mərmər sütunların altında dəfn ediləcək. Bu proyekt Məkkə hərəminin milyardlarla dollar dəyərində genişlənmə hədəfilə həyata keçiriləcək.
O əlavə etdi ki, bu proyekt bir neçə il öncə başlamış və yüzlərlə tarixi abidənin sökülməsilə nəticələnmişdir.
Min illərlə tarixi olan bina və tarixi tikililərin 95 faizi viran edilib və onların yerində otellər və ticarət mərkəzləri tikilmişdir. Məscidin “genişləndirilməsi əməliyyatı” nəticəsində 500 il öncə Peyğəmbərin (s) meracı hadisəsi ilə bağlı tikilmiş sütunlar da son zamanlar dağıdılıb.
Canson bildirib: Yeni genişləndirmə planına Səudiyyə Ərəbistanı kralı üçün yeni saray tikmək də daxildir. Sarayın tikiləcəyi yer inanclara görə Peyğəmbərin (s) dünyaya gəldiyi yerdir. 1951-ci ildə burada otaqlar qorunmaqla böyük bir kitabxana tikilmişdi. Lakin Səudiyyə Ərəbistanı rəsmiləri ziyarətçilərə xəbərdarlıq edirlər ki, burada namaz qılmaq olmaz. Çünki Peyğəmbərin (s) burada dünyaya gəlməsi barədə qəti dəlil yoxdur.
Bu ingilis yazar əlavə edib: Bu müqəddəs şəhərin tarixi abidələrinə təcavüzün qarşısını almaq üçün etirazlar edilməsinə baxmayaraq, səudiyyəli rəsmilər bu addımları müdafiə etmişdir. Səbəb kimi isə, burada ziyarətçilərə daha çox xidmət göstərəcək iaşə obyektlərinin tikiləcəyini göstərmişdir.

"مكه در خطر است"


1197 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber