Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Noyabr 2014

İŞİD 4 min yezdi kürd qadını əsir alıb

İordaniyanın Petra portalı məlumat verib: İraq parlamentində yezdi kürdlərin nümayəndəsi olan Fəyyan Dəxil bildirib: İraq və Şamda İSRAİL Dövləti (İŞİD) təkfirçi terrorçu qruplaşması iyun ayından indiyə qədər 4 min yezdi kürd qadını əsir almışdır.
Nur-az.com-un Fars News-a istinadla verdiyi xəbərə görə, F. Dəxil bildirib: İyun ayının 10-dan təkfirçilər İraqa girməklə Mosulun şimal qərbində və Sincar dağlarında minlərlə yezdi ailə qaçqına çevrilmişdir. Terrorçular minlərlə qadını əsir götürərək qul bazarında sataraq pul qazanırlar.
İraq parlamentinin qadın işləri üzrə komissiyasının üzvlərindən olan İntisar əl-Cəburi İraqın baş naziri Heydər əl-İbadi və onun kabinetində təmsil olunan güc nazirlərindən istəyib ki, İŞİD-in əsarətində olan qadınları azad etmək üçün bir layihə hazırlasınlar. Artıq bu qadınların bir hissəsi İŞİD-in əlindən ya qaçmışlar ya da müzakirə yolu ilə azad edilmişlər.
881 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:26