Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Noyabr 2014

Taner Yıldız istefa verir

Türkiyənin Enerji və Təbii Sərvətlər Naziri Taner Yıldız haqqında səsləndirilən tənqidləri qulağardına vermədiyini bildirib.

Türkiyənin Soma və Ərmənək kömür mədənlərində baş verən hadisələrdən sonra istefası tələb edilən nazir məsələyə aydınlıq gətirib.

Ölkənin Enerji və Təbii Sərvətlər Naziri Taner Yıldız müxalifət partiyalarından olan millət vəkilləri tərəfindən istefasının istənilməsini normal qarşılayıb. O, hətta baş verənlərdən sonra nazirlər kabinetinə istefası barədə məlumat verdiyini də vurğulayıb.

“Mən prinsiplərimlə yaşayan bir adamam. Məsələ ilə bağlı nazirlər kabinetinə bildirdim. Müxalifət partiyasından 13 dostumuzun tövsiyəsini yenidən baş nazirimizlə (Davudoğlu) bölüşəcəm”, deyə T.Yıldız istefasını istəyənlərə cavab verib./ans/
955 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP