Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Noyabr 2014

Maradona FİFA prezidentini yenə ittiham etdi

Əfsanəvi futbolçu Dieqo Maradona FİFA prezidenti Yozef Blatteri yenə ittiham edib.  Argentina millisinin sabiq oyunçusu ali futbol qurumunun rəhbəri onun BƏƏ-də işləməsinə imkan vermədiyini bildirib.

54 yaşlı mütəxəssisisn fikrincə, Blatter onun son iş yeri olan “Əl-Vasl” klubunun prezidentinə zəng vurub ki, Maradonanı Asiya təmsilçisinə dəvət etməsin: “Blatter mənə dünya çempionatının matçlarına baxmağa icazə vermədi, çünki mən onun maskasını “çıxartdım”. İndi BƏƏ-də işləyə bilmirəm. Ona görə ki, Yozef asiyalıların klub prezidentlərinə zəng edib, məni dəvət etməmələrini tapşırıb. Bu haqda mənə onların özləri deyiblər. BƏƏ-də hər kəs məni sevir. Dubayda ən böyük klublardan birinin məşqçisi olmaq istəyirəm, amma anlayıram ki, Blatter buna imkan vermir. O məni futboldan uzaqlaşdırmaq niyyətindədi”.

Qeyd edək ki, DÇ-2014-dən əvvəl Maradona Yozef Blatteri təhqir etdiyi üçün ona Braziliyadakı stadionların VIP lojalarında oyunlara baxmağa qadağan olunmuşdu.
1083 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 16:51