Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Noyabr 2014

Qarabağ qaziləri etiraz edir

«Saxta Qarabağ əlili adından istifadə yolverilməzdir»

“Təəssüflər olsun ki, bəzi mətbuat orqanları faktı deyil, bir nəfərin yalanını trajlayır və oxucularına yalan məlumat verir. Bu, yolverilməzdir. Hazırda onlarla ağır vəziyyətdə olan Qarabağ əlili qalıb kənarda, mətbuat vasitəsi ilə bu addan başqaları istifadə edir”. Bunu Qarabağ qaziləri birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu deyib.

O bildirib ki, bu günlərdə yenidən mətbuatda özünü 1 qrup Qarabağ qazisi (əlili) kimi təqdim edən Elnur Əfəndiyev barəsində material yayılıb. R.Kərimoğlu özünü Qarabağ qazisi (əlili) kimi təqdim edən, əslində isə əl və ayaqlarını tamam başqa səbəbdən itirən E.Əfəndiyevlə bağlı “Qarabağ qaziləri” və “Vətən Müharibəsi Əlilləri” birliklərinin bir müddət əvvəl yayılmış birgə açıqlamasını yenidən diqqətə çatdırıb:

“Qarabağ əlili olmadığı halda özünü Qarabağ əlili kimi təqdim etmək yolverilməzdir!”

“Qarabağ qaziləri” və “Vətən Müharibəsi Əlilləri” birlikləri bu günlərdə mətbuatda, o cümlədən sosial şəbəkədə özünü 1 qrup Qarabağ qazisi (əlili) kimi təqdim edən Elnur Əfəndiyev barəsində yayılan müxtəlif yazı və videolara münasibət bildirib. Bununla bağlı iki təşkilatın birgə açıqlaması yayılıb. Açıqlamada deyilir:

“Neçə vaxtdır mətbuatda, o cümlədən sosial şəbəkədə özünü 1 qrup Qarabağ qazisi (əlili) kimi təqdim edən Elnur Əfəndiyev barəsində müxtəlif yazılar və videolar yayılır. Biz hər hansı bir əlilin öz hüququnu müdafiə etməsinin, problemlərinin ictimailəşdirilməsinin əleyhinə deyilik. Amma Qarabağ müharibəsi qazisi (əlili) olmaya-olmaya özünü Qarabağ qazisi (əlili) kimi təqdim etmək yolverilməzdir! Biz bu məsələni araşdırdıq və məlum oldu ki, məhbus həyatı yaşamış Elnur Əfəndiyev əl və ayaqlarını Qarabağ müharibəsində itirməyib və bu hadisənin müharibə ilə heç bir əlaqəsi yoxdur. Əldə etdiyimiz məlumata görə, Elnur Bakıda tamam başqa şəraitdə əl və ayaqlarını itirib. Buna da özü səbəb olub. Zərurət olarsa, bunu da tam dəqiqliyi ilə cəmiyyətə açıqlayarıq. Biz onun sağlamlıq durumuna görə acıyırıq. Amma təəssüf edirik ki, o, hər hansı bir məqsədinə nail olmaq üçün Qarabağ qazisi (əlili) adından istifadə edir. Təşkilatlarımızın üzvləri tərəfindən onu bu barədə dəfələrlə xəbərdarlıq olunub. Lakin yenə də öz əməlindən çəkinməyib. Məcbur olub bu açıqlamanı yayırıq.

Qarabağ qazisi (əlili) adı müqəddəsdir! Bu addan başqalarının belə şəkildə istifadə etməsinə etiraz edirik!

Bizim problemlərimizin ictimailəşməsində, onların həllində medianın da xüsusi rolu var. Bu işdə bizə yardımçı olan hər kəsə təşəkkür edirik. Ümid edirik ki, bu məsələdə də bizə yardımçı olacaqlar".

“Qarabağ qazilər” və “Vətən Müharibəsi Əlilləri” birliklərinin mətbuat xidməti./azadlıq/
1068 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
29.11