Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Noyabr 2014

İcra başçısına 150 minlik ittiham - İş adamı fəryad edir (Foto)

Gədəbəy rayon İcra başçısından edilən şikayətlər səngimək bilmir. Bu dəfə isə icra başçısı iş adamını aldatmaqda günahlandırılır. 
Gədəbəy rayon sakini, iş adamı Oqtay Əliyev AzNews.az-a şikayət məktubu ilə müraciət edib. O, Gədəbəydə zəngin təbiətin, təbii bulaqların, təmiz havanın olmasına baxmayaraq, bəzi qüvvələrin burada turizm sahəsini inkişaf etdirməsinə əngəllər törətdiyini yazıb. 

Şikayətçi məktubda ötən ilin iyul ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sərəncamı ilə Gədəbəy rayonunun Qalakənd kəndi ərazisində turizm-istirahət mərkəzi tikmək qərarına gəldiyini bildirib. İş adamı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansında olan bu ərazidə nazirliyin qanuni sərəncamı ilə obyektin tikintisinə başlayıb. Amma elə həmin gündən Gədəbəy Rayon İcra Hakimiyyətinin əsassız təzyiqinə məruz qalaraq İcra Hakimiyyətinin tikintini dayandırmaq məcburiyyətində qalıb: 
“İcra başçısının birinci müavini Qüdrət Paşayevlə görüşdüm. O dedi ki, rayonda abadlıq işləri gedir. Bizə rayonun abadlaşdırılması üçün köməklik göstərin. Əvəzində obyekt tikilib başa çatdıqdan sonra özəlləşmə üçün biz də sənə kömək edərik. Lakin obyektin tikintisi yekunlaşan vaxt – 2014-cü il iyul ayının 11-də heç bir səbəb göstərilmədən yenidən icra hakimiyyəti tərəfindən iş dayandırıldı. Heç bir xəbərdarlıq etmədən və qanuni bir əsas göstərmədən obyektin bir hissəsini sökdülər. Halbuki obyektin tikintisi üçün aidiyyəti qurumlardan, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyindən lazım olan bütün sənədləri almışdım. Sadəcə, bu işdə icra hakimiyyətinin rəhbər şəxslərinin başqa maraqları olduğuna görə tikintini yarımçıq qoydular”. 

Obyektin bir hissəsi dağıdılandan sonra şikayətçi icra hakimiyyətinə dəvət edilib. İş adamı qəbulda icra başçısının müavini Rüstəm Nağıyevdən obyektin hansı əsasla söküldüyünü soruşduqda qarşı tərəf bunun icra başçısının tapşırığı olduğunu bildirib: 

“Etiraz edərək dedik ki, bundan ötrü məhkəmə qərarı əsasında müvafiq sənəd olmalıdır. İcra başçısının müavini isə bildirdi ki, başçı yeni göstəriş verib, tikintiyə yenidən icazə üçün 150 min dollar pul verməlisən. Sonra isə həmin məbləği 100 minə endirdi. Ona bildirdim ki, mən bir manat da verməyəcəm. Məhz bundan sonra Gədəbəy rayon rəhbərliyi mənə qarşı daha sərt mövqe tutmağa başladı. Beləcə, İcra Hakimiyyətinin rəhbər şəxslərinin iştirakı ilə düz üç dəfə qanuni şəkildə mənə məxsus olan obyekti sökməyə cəhd ediblər. Sonuncu dəfə isə iyul ayının 29-u Ramazan Bayramına təsadüf etdiyindən və bazar günü olduğundan iş günü deyildi. İş günü oilmadığından istifadə edib obyekti yerlə yeksan etdilər. İcra başçıları yerlərə “kiçik padşahlar” olduğundan sadə vətəndaşların şikayətləri onalr üçün milçək vızıltısına oxşayır. Odur ki, indi əlacsız qalmışam”. 





1023 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı